Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2020
12:23
Bakı meriyası Bəxtiyar Hacıyevin piket istəyinə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bəxtiyar Hacıyevin martın 2-də quruma ünvanladığı 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.

BŞİH cavab məktubunda müraciətin “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermədiyini bildirib:

“Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrində seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə edilir”.

BŞİH qeyd olunanları nəzərə alaraq planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bununla bağlı Bəxtiyar Hacıyev açıqlamasında, "seçkilərin nəticələrinə etiraz üçün Konstitusiya Məhkəməsinin qarşısında piketlə bağlı BŞİH-ə xəbər vermişik, tövsiyyə veriblər. Prezident deyir, "narazılar varsa, səslərini çıxarsınlar", Eldar Əzizov deyir ki, "icazə vermirəm". Günah bizdədir ki, sizin bizə icazə verəcəyiniz mövqedə qalmağınıza icazə vermişik", - deyə qeyd edib.

Məqalədə : Bəxtiyar Hacıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
435

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
331

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
513

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
702
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 06:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru