Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2020
13:56
AİP-in sədr müavini Hacı İlham Əliyevin Müdafiə Komitəsi bəyanat yayıb

Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevin DTX tərəfindən saxlanılması və barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilməsi məsələsini bir qrup ictimai-siyasi xadim müzakirə edib.

Toplantının əsas məqsədi baş verənləri təhlil etmək və AİP sədr əvəzinin sərbəst buraxılması istiqamətində lazımı addımları atmaq olub. Bu məqsədlə Müdafiə Komitəsinin yaradılması haqda qərar qəbul edilib.

Aparılan müzakirələrdən sonra AİP-in sədr müavini Akif Heydərlinin komitəyə sədrlik etməsi məqsədəuyğun bilinib. 

Tədbirdə AİP-in sədr müavini Akif Heydərli, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Hacıhəsənli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl çıxış ediblər. 

Sonda bəyanat qəbul edilib. Bəyanatda deyilir:

"Fevral ayının 29-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən yaşadığı evindən götürülərək həbs olunan AİP sədr əvəzi Hacı İlham Əliyev haqqında mart ayının 2-də Səbayıl məhkəməsi tərəfindən dörd aylıq həbsqətimkan tədbirinin seçilməsini ağlasığmaz, qeyri-qanuni, məntiqsiz addım hesab edirik. Tanınmış İslam aliminin, siyasi partiya rəhbərinin Vətənə xəyanət ittihamı ilə saxlanmasını və həbs olunmasını məqsədli şəkildə baş verdiyinə şübhə etmirik. Bunu eyni zamanda İslam dininə qarşı islamofob yanaşmanın bir təzahür forması kimi qiymətləndirir, belə haqsızlıqlara qəti etirazımızı bildiririk.

Bu gün dünyanın güc mərkəzləri erməni təcavüzünə məruz qalan, torpaqları işğal olunan, parçalanan  ölkəmizə və müsəlman xalqımıza ikili standartlarla yanaşılmasının şahidi oluruq. Hesab edirik ki, qəsbkara qarşı heç bir beynəlxalq təzyiqin olmaması və ya əksinə olaraq dəstəklənməsi bir tərəfdən xristian təəssübkeşliyidirsə, digər mühüm səbəb isə ölkədə insan haqlarının ən kobud şəkildə pozulmasıdır. Cəmiyyətdə cinayətsiz cəzaların tətbiqi, cinayətkarların dövlət idarələrində yerləşməsi, azadlıqda dolaşması xalqımızın və dövlətimizin beynəlxalq aləmdə imicinə sağalmaz yara vurur. 

Bir daha bəyan edirik ki, Azərbaycan xalqının dərin fitnə-fasadın yayıldığı hazırkı şəraitdə təqvalı, namuslu, Vətənimizi canından əziz tutan insanlara böyük ehtiyac duyur. Məhz dini cameədən həbs olunan əksər qardaşlarımız, o cümlədən haqqında həbsqətimkan tədbiri seçilən AİP sədr əvəzi Hacı İlham Əliyev bu yüksək insani keyfiyyətlərin və müqəddəs İslam dəyərlərinin daşıyıcılarıdır. 

Biz Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi üzvləri  olaraq bu ədalətsiz qərarı və haqsız ittihamı pisləyir, baş verən məntiqsizliyə qəti etirazımızı bildirir, onun tezliklə azad edilməsini tələb edirik.”

Məqalədə : AİP Hacı İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43114

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41428

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42997

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42507

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48038

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42530

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42888
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 16:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru