Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2020
11:20
Koronavirus: yoluxmaların sayı 90 minə yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 90 min nəfərə yaxındır. Baş vermiş hadisə fonunda Çin prezidenti Si Tszinpin Yaponiyaya səfərini təxirə salıb. ABŞ-da, Nyu-York ştatında yeni yoluxma hadisəsi müəyyən edilib. Narahat vəziyyət Avropada, xüsusən də İtaliyadadır. Bir neçə həftə ərzində təxminən 10 şəhər karantin vəziyyətinə düşüb.

Ən azı bir həftə məktəblər bağlanmalı, ictimai tədbirlər, o cümlədən idman da qadağan edilməlidir. Bu qərar İtaliya hakimiyyəti tərəfindən qəbul edilib. Virus təhlükəsi səbəbiylə ölkədə infeksiyanın yayılmasına qarşı mübarizə tədbirləri davam etdirilir. Həkimlər nəqliyyat vasitələrinin və ictimai yerlərin xüsusi sanitarlaşdırılmasını tələb edir. Böyük şirkətlər işçiləri uzaqdan iş rejiminə keçirtmələrini tövsiyə edirlər. Son məlumatlara görə, İtaliyada koronavirusa yoluxanların sayı artıq 500 nəfəri keçib, 30-dan çox ölüm var.

İngilis səlahiyyətlilər İtaliyadan qayıdan turistlərin koronavirus gətirdiyini söyləyib. Altı britaniyalıya koronavirus diaqnozu qoyulub. Rusiyada İtaliyadan gələn sərnişinlər də xüsusi nəzarətdədir. Ümumiyyətlə, Avropada onlarla yoluxma hadisəsi təsdiqlənib: İspaniyada, Almaniyada, İsveçdə, İsveçrədə, Niderlandda. Parisdə virus təhlükəsi səbəbiylə Luvr muzeyinin açılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu arada bir sıra ölkələr vətəndaşlarına İrana səfərlərdən imtina etmələrini tövsiyə edirlər. Oradakı koronavirusdan 50-dən çox insanın öldüyü, minə yaxın yoluxmanın olduğu bildirilir. Xəstə olanlar arasında bir neçə deputat da var.

Yoluxmaların 4 minə yaxınlaşdığı Cənubi Koreyada vəziyyət pisləşməkdə davam edir. 90-dan çox ölkə Cənubi Koreyadan olan vətəndaşların girişini məhdudlaşdırıb. Bu ölkənin səlahiyyətliləri xəstəxanalarda onsuz da yerlərin olmadığını söyləyirlər. Buna görə yalnız ağır vəziyyətdə olan xəstələr xəstəxanaya yerləşdiriləcəklər. Qalanları tibb müəssisələri xaricində karantinə alınacaq.

Pnevmaniyanın yayıldığı Çinin özündə isə yoluxma halı 80 mindən çoxdur. Mütəxəssislər koronavirusun gözlənilməz müsbət nəticə verdiyini söyləyir. Şəhərlərdə karantin dövründə avtomobillərdən və fabriklərdən işlənmiş qazların tullantıları azalıb. Müəssisələrin dayandırılması iqtisadiyyata zərbə vursa da, ekoloji mənzərə açıq şəkildə yaxşılaşıb.

Məqalədə : koronavirus Çin Cənubi Koreya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42968

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41298

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42847

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42356

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47873

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42294

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42683
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 06:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru