Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2020
15:01
AİP Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verdi

Azərbaycan İslam Partiyası qurumun sədr əvəzi Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Fevral ayının 29-da Azərbaycan İslam Partiyasının sədr əvəzi, İslam alimi Hacı İlham Əliyev saxlanılıb. Qurumun idarə heyəti və bütün üzvləri AİP sədr əvəzinin fəaliyyəti dövründə heç bir cinayət tərkibli əməlinin olmaması qənaətindədir. Buna rəğmən hesab edirik ki, Hacı İlham Əliyevin saxlanılması anlaşılmaz və düşünürük ki, qərəzli xarakter daşıyır. İslam aliminə qarşı bu qeyri-qanuni addımı insan haqlarının pozulması kimi qiymətləndirir, demokratik inkişaf xətti götürən bir ölkədə yolverilməz akt hesab edirik.

Bəyan edirik ki, Azərbaycan ictimaiyyəti tərəfindən belə addımlar pislənməlidir.  İnsanlarda təhlükəsizliklərinə inamı qıran, etimada xələl gətirən hərəkətlərə yol verilməməli, dovlət- cəmiyyət münasibətlərinə diqqətli və həssas yanaşılmalıdır.                                                                                                                                                  

Günahsız insanlara qarşı hər hansı bu kimi qərəzli münasibətlər Azərbaycan cəmiyyətini ciddi narahat etməyə bilməz. İslam aliminin siyasi fəaliyyətinə ədalətsiz münasibət yalnız xarici düşmənlərimizi-erməni işğalçıları kimi müsəlman torpaqlarına təcavüz edənləri sevindirər. Bütün bunlara rəğmən AİP sədr əvəzi, siyasi xadim Hacı İlham Əliyevin tezliklə azad edilməsini və siyasi fəaliyyətini davam etdirilməsinə normal, təhlükəsiz şərait yaradılmasını tələb edirik.”

Məqalədə : AİP Hacı İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4337

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2975

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 21:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru