Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
19:10
Ölkəyə gələn şəxslər koronavirus aşkarlanmasa belə 14 gün bunu etməlidirilər

Gömrükdən keçən insanlarda virusla bağlı problem aşkarlanmasa belə onlar 14 gün ərzində özlərini ciddi şəkildə qorumalıdırlar.

Bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, ölkəyə daxil olan vətəndaşlara bu barədə keçid məntəqələrində də bildirilir:

“Gömrük keçid məntəqəsindən ölkəyə daxil olan şəxs yoxlanıldıqdan sonra hər hansı bir problem aşkar olunmursa həmin şəxsə məlumat vərəqələri təqdim olunur. Bundan əlavə, ona şifahi şəkildə də məlumatlar verilir. Yoxlamadan keçən şəxslərin növbəti 14 gün ərzində sağlamlığına ciddi şəkildə diqqət etməyi tövsiyə olunur. Vətəndaşa evdən çölə zəruri hallarda çıxması, gigiyenasına diqqət etməsi və əsasən də ailəsində, qohumluqda olan uşaq və yaşlılarla maksimum dərəcədə təmasa girməməsi tövsiyə olunur”.

Məqalədə : koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4069

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2878

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2303

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 06:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru