Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
18:20
Baş infeksionist - Xəstə uşaqları məktəbə aparmayın

Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: “Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur”.

Cəlal İsayev bildirdiyinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:

“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda, orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.

O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır.

Məqalədə : Cəlal İsayev koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4068

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2878

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2303

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 04:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru