Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
15:57
Maştağada quş kəsimi sexi bağlanıb

Maştağada antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Maştağa qəsəbəsində antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlayıb.

Agentlikdən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxş Bəbirov Taleh Bayram oğluna məxsus quş kəsimi sexində reyd keçirilib.

Reyd zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən sexdə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. Müəssisənin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, kəsimdən sonra daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytar həkim tərəfindən nəzarət aparılmır.

Yoxlama zamanı məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Məqalədə : Maştağa quş sexi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4069

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2878

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2308

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 06:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru