Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
14:10
Uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq

Paytaxtın məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, valideynlər evdən çıxmayaraq, innovasiyon əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.

Burada pilot layihə kimi Nizami rayonu seçilib. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək.

Hazırki layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcək. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prosesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4230

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2359

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1984
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru