Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
12:36
`Qarabağ` UEFA reytinqində mövqeyini qoruyub

Klubların UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları və Avropa Liqasının 1/16 final matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Ağdam təmsilçisi 21,000 xalla Avropanın 71-cisi adına şərikdir. Ölkə çempionumuzla Yunanıstan PAOK-u eyni göstəriciyə malikdir.

Lakin hər iki komandanın mövqeyi üçün real təhlükə yaranıb. Avropa Liqasında 1/16 final səddini adlayan Türkiyə təmsilçisi “Başakşəhər” xal hesabını 19,500-ə yüksəldib. Hazırda 80-ci olan İstanbul klubu bir qələbə qazansa, “Qarabağ”ı arxada qoyacaq. Düzdür, aşağı sıralardakı digər komandalar da irəliləmək imkanına malikdir. Lakin bunun üçün onlar 1/8 final səddini də keçməlidir.

Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” 7,500 xalla 148-ci yerə şərikdir. “Neftçi”, “Səbail”, “Zirə”, “Keşlə” və “Kəpəz” 3,750 xala malikdir və 274-cü yeri bölüşürlər.

Qeyd edək ki, cədvələ İspaniya klubları “Real” (134,000), “Barselona” (124,000), “Atletiko” və Almaniya “Bavariya”sı (hər ikisi 123,000) başçılıq edir.

Məqalədə : "Qarabağ" UEFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17588

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16237

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17617

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17191

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22635

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17121

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17235
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 07:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru