Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
17:30
Astara Xəstəxanasının baş həkimi koronavirusla bağlı yayılan videoya görə işdən qovuldu

FaktXəbər olaraq dünən Astara Xəstəxanasında İrandan gələn Azərbaycan vətəndaşlarının antisanitariya vəziyyətində Astara Xəstəxanasında saxlanılması ilə bağlı məlumat vermişdik. Bu gün də eyni xəstəxanadan yayımlanan videoda həkim geyimində olan xanımın bulka satdığı görüntülənib və xəstəxanada suyun gəlmədiyi, ayaqyolunun işləmədiyi bildirilirdi.

Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyi (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan videomateriallarla bağlı məlumat yayıb. TƏBİB bildirir ki,  İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı yayılan videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır. Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb.

Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib.

Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək.

Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik.

Məqalədə : TƏBİB koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8361

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7124

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8769

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8624

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12812

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8373
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-07-2020 23:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru