Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
16:50
Metrodakı sərnişin sıxlığını aradan qaldırmaq üçün əlavə avtobuslar cəlb edilir - BNA

Elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Həmçinin, elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə svetoforların fəaliyyəti dayanıb. Svetoforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Məqalədə : avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4882

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3318

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2655

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 23:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru