Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
15:47
Azərbaycanda 1 milyona yaxın köhnə işıq sayğacı dəyişdiriləcək

“Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”.

Bunu “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

Onun sözlərinə görə, belə hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə qeydə alınır: “Bunu edən abunəçilərə qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq".

“Azərişıq” rəsmisi həmçinin əlavə edib ki, son 5 ildə ölkədə 1,2 milyon yeni sayğac quraşdırılıb: “Bundan sonra 1 milyona yaxın istismar müddəti keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək".(Report)

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4070

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2893

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2308

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1933
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru