Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
15:59
ÜST koronavirusa görə Azərbaycana nümayəndə göndərdi

Azərbaycanda koronavirusla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) xüsusi infeksion xəstəliklərlə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrupunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur.

FaktXəbər Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib. O, koronavirusla bağlı son vəziyyət barədə məlumat verib:

"Çində virus epidemiyasından sonra koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə bu ilin yanvar ayının 30-da epidemiyaya qarşı fəaliyyət planı hazırlanıb. Epidemiyaya qarşı zəruri olan bütün tədbirlər görülüb. Məqsəd koronavirusun Azərbaycana keçməsinin qarşısını almaqdır.

Sərhəd-keçid məntəqələrimizdə, eyni zamanda o ərazilərə yaxın olan rayonlarımızda tədbirlər görülür. Həmin rayonlardakı xəstəxanalara yerləşdirilənlər sadəcə koronavirusa şübhəli olan vətəndaşlarımızdır. Onlardan xüsusi material nümunələr götürülür, müayinə olunur. Bu günə qədər onlardan heç birində təsdiq olunmuş yeni koronavirus infeksiyası aşkar olunmayıb. Koronavirusun müalicəsi və müayinəsi ilə bağlı dünyadakı ən son yeniliklər öyrənilir.

TƏBİB-in xüsusi infeksion xəstəliklərlə bağlı çalışan işçi qrupu yaradılıb. Bu işçi qrupunda ÜST-ün Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur".

Y.Qarayeva həmçinin bildirib ki, bütün tibb müəssisələri xüsusi dezinfeksiyaedici vasitələr, tibb işçiləri, eləcə də 103 və 113 təcili tibbi yardım briqadaları fərdi mühafizə vasitələri ilə təmin olunub. Əhaliyə İran İslam Respublikasına xüsusi məcburedici hal olmadıqda səfər etməmələri tövsiyə edilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Məqalədə : koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4572

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 17:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru