Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2020
11:34
Bakıda sevgililər özlərini dənizə atdılar - TƏFƏRRÜAT

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib. Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər.

Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.(Publika)

***

10:59

Bakı bulvarında 1 nəfər dənizə düşüb.

FaktXəbər-in FHN-ə istinadən verdiyi xəbərə görə, Dənizkənarı Milli Park ərazisində dənizə düşən 1 nəfərin xilas edilməsi üçün hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. 

Əlavə məlumat veriləcək.

Məqalədə : Bulvar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3549

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2652

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2043

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1791
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 10:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru