Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2020
13:20
Tovuzda “qulaqdibi” xəstəliyi yayılıb

Tovuzun bir neçə kəndində “qulaqdibi” xəstəliyi yayılıb. Rayonun Aşağı Quşçu kəndində başlayan xəstəlik qısa zamanda Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrinə də yayılıb. Xəstəlik daha çox uşaqlarda müşahidə edilir.

Məsələ ilə bağlı İbrahimhacılı kəndinin həkim məntəqəsinin terapevti Şəfəq İbrahimovanın Oxu.Az-a verdiyi məlumata görə, “qulaqdibi” xəstəliyi ilə bağlı 40-a yaxın müraciət olub:

“Bu vaxta qədər belə bir vəziyyət olmayıb. Təxminən 40-a yaxın xəstəliklə bağlı müraciət edilib. Xəstələrin arasında böyüklər olsa da, uşaqlar çoxluq təşkil edir. Xəstəlik bizim kənddə başlamayıb, qonşu kəndlərdən yayılaraq bura gəlib. Xəstəlik virus infeksiyasıdır, hava yolu ilə yoluxur.

İnfeksiyanın inkubasiya dövrü 21 gündür. Xəstəliyə yoluxan şəxs 21 gün heç kimlə təmasda olmamalıdır. Uşaqlar məktəbdə bir-biri ilə ünsiyyətdə olduqlarına görə, xəstəlik yayılıb. Xəstəliyə yoluxan şəxslərə peyvənd vurulub. Onların vəziyyətləri artıq yaxşıdır. Məktəbdə monitorinqlər aparılıb”.

Qovlar şəhər xəstəxanasının baş həkimi Fazil Əliyev isə kənd sakinləri arasında heç bir xəstəliyin yayılmadığını deyib:

“Qulaqdibi” xəstəliyi bizim kənddə deyil, Aşağı Quşçu kəndində yayılıb. Bizim kənddən bu xəstəliklə bağlı hələ ki müraciət edən olmayıb”.

Aşağı Quşçu kənd bələdiyyə sədri Tofiq Hüseynov isə yayılan məlumatların əsassız olduğunu deyib. O bildirib ki, kənd əhalisi arasında “qulaqdibi” xəstəliyi yayılmayıb.

Bu barədə ilk məlumatı BAKU.WS yayıb.

Məqalədə : Tovuz qulaqdibi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47487

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45655

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47271

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46860

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52396

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46537

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46941
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 06:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru