Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2020
17:46
Azərbaycan donor ölkə olaraq digər ölkələrə yardım edə bilər

Mələk Çakmak“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla əməkdaşlıq üzrə 2021-2025-ci illəri əhatə edən yeni proqramda Azərbaycanın donor ölkə kimi ehtiyacı olan ölkələrə yardım etməsi məsələsinin yer alması nəzərdə tutulur”.

Bunu “Report”a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak məlumat verib.

Onun sözlərinə görə, proqramda ehtiyacı olan ölkələrin qida təhükəsizliyinin təmin edilməsində bilik və bacarıqlarının Azərbaycanın dəstəyi ilə buna ehtiyacı olan ölkələrlə bölüşülməsi məsələsi yer alması nəzərdə tutulur.

Qeyd edək ki, FAO-nun Azərbaycanla əməkdaşlıq üzrə yeni proqramı Azərbaycanda məhsuldarlığın artırılması, kiçik və orta biznes subyektlərinin bazara çıxışının təmin edilməsi, keyfiyyətli qidaya əlçatanlıq, kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və digər məsələləri əhatə edəcək.

Xatırladaq ki, Azərbaycan ilə FAO arasında əməkdaşlıq son 20 il ərzində inkişaf edib və Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin yaradılması ilə nəticələnib. 2015-ci ilin mayında FAO-nun Baş direktorunun ölkəyə səfəri zamanı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) əsasının qoyulması barədə razılıq sazişi imzalanıb və 2016-2020-ci illər üçün 10 milion ABŞ dolları dəyərində əməkdaşlıq çərçivəsi müəyyən edilib. Azərbaycan Hökumətinin sazişi ratifikasiyasından sonra 2016-cı ilin dekabrında FATP üçün Əməliyyat Çərçivəsi təsdiq olunub. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq, ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, təbii resurslardan səmərəli istifadəyə töhfə verməkdir.

Xatırladaq ki, bu il Azərbaycan beynəlxalq təşkilatların donoru qismində iştirakı üçün 7 milyon dollar ayıracaq. Bununla bağlı 2020-ci ilin dövlət büdcəsində Avropa Yenidənqurma və İnkişaf Bankının donor programında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda - 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasının müvafiq programında iştirak üçün isə 3 milyon dollar ayrılacaq.

Məqalədə : Mələk Çakmak 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3739

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2734

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2147

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 22:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru