Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2020
10:27
Yəməndən Səudiyyə Ərəbistanına doğru ballistik raketlər atıb

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəmənin şimalında Ənsarullah hərəkatının atdığı bir neçə ballistik raketi vurub.

İnternetdə Səudiyyə Ərəbistanının qərbində, Yəmənlə sərhəddən 900 kilometr məsafədə yerləşən və böyük bir neft limanı olan Yanbu şəhərinə atılan raketlərin görüntüləri var.

Ötən ilin sentyabrında Ənsarullah hərəkatı "Saudi Aramco" neft şirkətinin obyektlərinə raket hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdü. Həmin vaxt Sonra Səudiyyə Ərəbistanı neft hasilatının yarıdan çoxunu azaltmağa məcbur olmuşdu.

2015-ci ildən bəri Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası və Ənsarullah hərəkatı arasında döyüşlər gedir.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadinin buna etiraz edən xalqa qarşı zorakılığından sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Uzunmüddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən Səudiyyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3923

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2826

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2262

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1902
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 01:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru