Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
18:03
MSK 11 məntəqənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb.

Bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

Həsənov bildirib ki, namizədlər müraciətlərində dairə üzrə seçkilərdə lider namizədin xeyrinə səslərin süni şəkildə artırılmasını qeyd ediblər: “Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 11 seçki (1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Məqalədə : MSK Seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4264

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2950

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2385

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1995
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 21:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru