Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
16:29
Qorbaçovun Qarabağla bağlı sensasion bəyanatı üzə çıxdı - VİDEO

Sosial şəbəkədə 14 mart 1991-ci ildə "Zaman" proqramının buraxılışı yerləşdirilib. 

Verilişin aparıcısı SSRİ prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağdakı hadisələrlə əlaqədar müraciətini oxuyub.

Müraciətdə deyilir: 

“Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə, o cümlədən millətlərarası münasibətlər sferasında baş tutan böyük dəyişikliklər çətin gedir. Təəssüf ki, insani qurbanlarla nəticələnən ağır konfliktlərdən qaçmaq mümkün olmayıb. Artıq dördüncü ildir ki, Dağlıq Qarabağda sülh yoxdur. Atışmalar guruldayır, insanlar ölür, qarşılıqlı yadlaşma artır. Bundan sonra nə olacaq? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamla zəncirvari reaksiyanın qarşısını almaq asan deyil, amma bunu saxlamaq lazımdır.

Burada reallıqdan çıxış etmək vacibdir: Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir! Burada SSRİ və Azərbaycan Respublikası Konstitusiyası işləkdir. Burada ermənilər və azərbaycanlılar birgə yaşayır və çalışırlar. Tarix belə əmr edib və bundan heç yerə getmək mümkün deyil”.

Məqalədə : Qorbaçov Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3923

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2826

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2262

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1902
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru