Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
12:47
Bəzi xəstələr ixtisas həkiminə birbaşa müraciət edə biləcəklər

Araşdırmalarımızın nəticəsinə görə, şəxs qeydiyyatda olduğu ərazilərdə bəzi sahələr üzrə ailə həkiminin göndərişi olmadan və müştərək maliyyələşmə məbləği ödəmədən birbaşa ixtisas həkiminə müraciət edə bilər.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzən şəxsin etdiyi müraciətlə bağlı ailə həkiminin yetərli qədər bilik və bacarığı olmaya bilər: "Hesab edirik ki, vətəndaşı buna görə əziyyətə salmamaq üçün ona müştərək maliyyələşmə məbləği ödəmədən, birbaşa ixtisas həkiminə müraciət etmək imkanı yaradılsın. Biz yaxın zamanlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən, birbaşa ixtisas həkiminə müraciət edə bilər".

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsidir.

Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış yeri üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12235

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
10930

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12384

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
11968

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17325

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11766

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
11945
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 19:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru