Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
12:14
Hələbin yaxınlığında terrorçulara məxsus yeraltı şəhər aşkar edilib - VİDEO

Suriya ordusu Hələbdən 20 kilometr aralıdakı qayalarda terroçulara məxsus yeraltı şəhər tapıb. Bu barədə REN TV xəbər verib. 

Məlumatda bildirilir ki, burada terrorçular su, elektrik enerjisi və internet çekiblər. Nəhəng yeraltı şəhərdə böyük arsenal da mövcuddur. İçindəki tavanların hündürlüyü 10 metrdən artıq olduğundan buraya tankla belə rahat şəkildə girmək mümkündür. 

"Bu çox mürəkkəb bir mühəndislik kompleksidir. Şəhəri terroçular özləri tikə bilməzlər. Biz ehtimal veririk ki, tunel sistemi xarici mütəxəssislər tərəfindən hazırlanıb", - Suriya ordusunun polkovniki Rami Mavuas bildirib. 

Terrorçular yeraltı şəhəri bir neçə il təchiz ediblər.  

"Gördüyünüz qutularda fabrik istehsalı olan trotildır. Hər qutu 90 kiloqrama yaxındır. Etiketlənmə ingilis dilindədir", - polkovnik vurğulayıb. 

Terrorçular zirehli maşınlar üçün yeraltı təmir bazasına, döyüş sursatı zavodu, xəstəxana və kazarmaya sahib olublar.

Burada gördüyünüz bütün döyüş sursatları Türkiyə sərhədindən keçirilib.

Ankara artıq terrorçuları dəstəklədiyini gizlətmir. Hətta piyada döyüş maşınları da onlara təhvil verir. Onlar əla işlək vəziyyətdədir. Tank əleyhinə raketlər ABŞ-dan gəlib. Həmçinin burada fransız radio stansiyaları, İtalyan qaz maskaları və ərəb ölkələrindən qoruyucu vasitələr də mövcuddur.

Məqalədə : Hələb Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3917

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2816

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1902
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 00:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru