Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
11:26
Biləsuvarda məktəbli bir qrup şagird tərəfindən döyüldü

Biləsuvar şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vəkil İsmayılov həmin məktəbin digər şagirdləri tərəfindən döyülüb.

Bu barədə V.İsmayılovun yaxınları məlumat veriblər.

Bildirilib ki, hadisə məktəbin həyətində baş verib. Nəticədə V.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

V.İsmayılovun yaxınları iddia edirlər ki, həmin şagirdlər hadisəni törədən zaman sərxoş olublar.

Faktla bağlı araşdırma aparılır.

4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə isə "Report"a bildirib ki, hadisə dərs vaxtı olmayıb və məktəbin ərazisində baş verməyib: "Yaxınlıqda köhnə uşaq xəstəxanası var. Şagirdlər onun həyətində dalaşıblar. Hazırda Vəkil İsmayılov da, digər şagirdlər dərslərini davam etdirir. Həmin uşaqları çağırıb danışdım. Məktəbimizin psixoloqu da onlarla söhbət edib".

Məqalədə : Biləsuvar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4269

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2950

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2395

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2000
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 00:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru