Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
10:00
Türkiyə XİN: Ankara, Moskva və Tehran razılaşmağa çalışır

Türkiyə, Rusiya və İran nümayəndələri Suriyadakı vəziyyətin nizamlanması ilə bağlı üçtərəfli sammitin tarixinin razılaşdırılması üçün çalışırlar. Bu barədə cümə axşamı TASS-a Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Tərəflər sammitin keçiriləcəyi tarixlə bağlı razılığa gəlmək üçün çalışırlar. Üç ölkə arasında razılıq əldə edildikdən sonra zirvə görüşünün tarixi ictimaiyyətə açıqlanacaq", - deyə bildirilir.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Bogdanov TASS agentliyinə verdiyi açıqlamada, Türkiyə rəhbərliyinin razılığı olduğu təqdirdə, Rusiya Federasiyası, İran və Türkiyə prezidentləri arasında Suriya mövzusunda üçtərəfli sammitin Tehranda martın əvvəlində keçirilə biləcəyini söyləyib.

Əvvəlki - ardıcıl olaraq beşincisi - prezidentlərin üçtərəfli görüşü 2019-cu ilin sentyabrında Ankarada baş tutub.

Məqalədə : Türkiyə İran Rusiya Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3917

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2816

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1902
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 00:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru