Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
17:08
Rusiyada Putindən də yüksək maaş alan var imiş - VİDEO

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq sakininə deyib ki, dövlət başçısının maaşı ölkədə ən yüksək deyil.

"RİA Novosti"nin verdiyi məlumata görə, o, bunu Sankt-Peterburqun birinci meri Anatoli Sobçakın abidəsi önünə çiçək qoyduqdan sonra deyib.

Peterburq sakini Rusiya liderinin maaşının göstərilən məbləğdən çox olduğunu güman edərək, ayda 10.800 rubla (295 AZN) necə yaşamaq məsələsi ilə bağlı Putinə müraciət edib.

“Təkcə məndə deyil. Daha yüksək maaşlar var. Prezident ən yüksək maaş almır", - deyə Putin cavab verib.

Qadın həmçinin bildirib ki, dövlətin yaşayış minimumu üçün müəyyənləşdiriyi  ərzağı belə almaq imkansızdır və tək yaşayan analar üçün bu baxımdan çətindir.

“Mən başa düşürəm. Buna görə də, indi uşaqlı ailələrə dəstək olmaq üçün bütöv bir proqram həyata keçiririk. Möhtəşəm proqramdır", - prezident deyib.

Məqalədə : Putin maaş əməkhaqqı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42492

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40870

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42392

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41885

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47392

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41849

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42251
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2020 20:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru