Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
12:36
Nazir: Trampın mövqeyi İsrailin ekstremist fəaliyyətlərini artırıb

ABŞ prezidenti Donald Trampın İsrail tərəfdarı mövqeyi İsrailin ekstremist fəaliyyətlərini artırıb. 

Bunu Fələstin Azadlıq Təşkilatının baş katibi, Sosial İnkişaf naziri Əhməd Məcalani deyib. "Lenta.ru" xəbər verir ki, o, "Valday" Beynəlxalq Müzakirə Klubunun konfransında qondarma "Əsrin müqaviləsi"nin təhlükəsindən danışıb.

Məcalinin fikrincə, Trampın elan etdiyi “Əsrin müqaviləsi” beynəlxalq hüquqa ziddir. Üstəlik, İsrailin mövqeyinin möhkəmlənməsi səbəbindən Fələstinin hüquqları daha çox pozulub.

"Fələstinlilər öz ərazilərində öz dövlətlərini yaratmaq perspektivlərini itirirlər", - deyib.

Qeyd edək ki, fevralın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov ölkələr arasındakı münaqişənin Amerika prezidentinin təklif etdiyi yolla həll olunmasının mümkünlüyünə şübhə edib. Diplomat bildirib ki, söhbət İsrailin xeyrinə birtərəfli güzəştlərdən gedir.

Məqalədə : Fələstin Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3599

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2668

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2081

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1801
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 22:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru