Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2020
17:19
`Qaçqınkom` yataqxanada baş verən yanğınla bağlı məlumat yaydı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının iki rayonunda məcburi köçkünlərin məskunlaşdığı tikilidə və yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, fevralın 18-də Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib:

"Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür.

Bakı şəhərində Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda, yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı Ağdam rayonunun Abdal kəndindən məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib. Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, yaşayış sahəsinə baxış keçiriblər. Burada qısa müddətdə təmir-bərpa işlərinin aparılması qərara alınıb.

Hər iki yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46655

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
44875

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46474

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46055

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51586

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45735

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46248
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2020 19:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru