Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2020
15:37
Polis Balakəndə əməliyyat keçirdi, 5 nəfər saxlanıldı

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb, 1 nəfər isə axtarılır.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhər sakini, 35 yaşlı Elşad Məsiyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1,7 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb. 

İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni Balakən şəhər sakini, 38 yaşlı Mətləb Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri - 45 yaşlı Qəhraman Bayramov və 36 yaşlı Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0,5 qram heroin aşkar edilərək götürülüb.

Tədbirin davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən 0,7 qram heroin aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 43 yaşlı Nurullah Kutlasovun yaşadığı evdən 7,3 qram, 33 yaşlı Elşad Mustafayevin yaşadığı evdən isə 41,4 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər üç fakt üzrə cinayət işi başlanılıb. Elşad Mustafayev istisna olmaqla digərləri şübhəli şəxs qismində saxlanılıb.

Elşad Mustafayevin tutulması istiqamətində tədbirlər aparılır.

Məqalədə : Polis Balakən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4572

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 17:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru