Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2020
10:20
Təhsil nazirindən summativ qiymətləndirmə ilə bağlı yeni QƏRAR

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edilib.

FaktXəbər-in məlumatına görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov qərar imzalayıb.

Qərarla qaydanın adında “(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)” sözləri “(məktəbdaxili qiymətləndirmənin)” sözləri ilə əvəz edilib.

Beləliklə, ilk növbədə qərarın adı dəyişdirilib. Bundan sonra sənədin adı “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” adlanacaq.

Qaydanın 1.1-ci bəndində “(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)” sözləri “(məktəbdaxili qiymətləndirmənin)” sözləri ilə əvəzlənib. “Maddəsinə” sözündən sonra “və “Ümumi təhsil haqqında” qanunun 14.2-ci maddəsinə” sözləri əlavə edilib.

Əvvəlki qərarla həmin bənddə yazılırdı ki, bu Qayda “Təhsil haqqında” qanunun 29.0.29-cu maddəsinə əsasən hazırlanıb. Bildirilirdi ki, Qayda Azərbaycanda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması məsələlərini tənzimləyir. 

Yeni qərarla isə attestasiya məktəbdaxili qiymətləndirmə aparılmasını qaydasını tənzimləyəcək. 

Sənəd həm də “Ümumi təhsil haqqında” qanuna uyğunlaşdırılıb.  

Qanunun 14.2-ci maddəsi təhsilalanların nailiyyətlərinin izlənilməsi məqsədini daşıyır.

Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi qaydada təhsilalanların məktəbdaxili qiymətləndirməsi təşkil edilir.

Qaydanın 2.1-ci bəndindən “o cümlədən, maraq və motivasiyasının” sözləri çıxarılıb.

2.1-ci bənddə yazılırdı ki, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Yeni qərarla həmçinin sənədin 4.21-ci bənd ləğv edilib.

Həmin bənd summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətləri ilə bağlı idi.  

Bildirilirdi ki, həmin müraciətlərə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır.

Bununla yanaşı, bildirilirdi ki, yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılır.

C.Bayramovun imzaladığı yeni qərarla isə bu bənd ləğv olunub.

Yeni qərarla Qaydaya 6-cı hissə əlavə olunub. Əlavə qiymətləndirmənin nəticələrinə yenidən baxılması ilə əlaqədardır.

Əlavənin 1-ci bəndi summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri ilə əlaqədardır.

Belə ki, onlar 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər.

2-ci bənd isə şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən hansı qərarlar veriləcəyini özündə əks etdirir.

Əgər şikayətlər təsdiqini taparsa, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılır və nəticələrə dəyişiklik edilir.

Qiymətləndirmənin nəticələri ləğv edilir və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil olunur.

Təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada aparılır.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana bu barədə əsaslandırılmış cavab göndərilir.

Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayanların müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Təhsil Nazirliyi tərəfindən baxılır.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, bu Qaydanın müvafiq tədbirlərin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq verilir.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, bu barədə əsaslandırılmış cavab göndərilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47709

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45811

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47429

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47021

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52576

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46687

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47114
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-10-2020 15:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru