Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
10:54
İdlibdə terrorçuların silah anbarı və komanda mərkəzi tapılıb - VİDEO

Suriya ordusu Hələb bölgəsində, eləcə də İdlib əyalətində onlarla yaşayış məntəqəsini terrorçulardan azad edib. Suriyanın Maaret-Nuuman şəhəri uzun müddətdir ölkənin şimal-qərbindəki terrorçuların dayaqlarından biri idi. Hazırda məntəqənin küçələrində və evlərdə istehkamçılar minaların axtarışı ilə məşğuldurlar.

Məntəqənin azad edilməsindən sonra Maaret-Nuumanda baş verənlərin olduqca aydın mənzərəsi ortaya çıxıb. Tərk edilmiş silah anbarları və qalqlanmış minaatan mərmiləri. 

Axtarışlar zamanı Suriya əsgərləri terrorçuların sığınacağı olan təbii mağara tapıblar. Burada terrorçulara məxsus əşyalar və yataq ləvazimatları aşkarlanıb. Ən qəribəi isə mağalarının döşəməsindən yeraltı sərdabəyə gedən tunelin tapılmasıdır.

"Maaret-Nuumanı azad etdikdən sonra dərhal şəhəri mərmilərdən və minalardan təmizləməyə başladıq. Və sonra "Cəbhətun-Nusra" terrorçularının saxladığı silah anbarını və mağaranı tapdıq. Terrorçular buranı idarəetmə mərkəzi kimi istifadə ediblər, yaxınlığında minaatan batareyası kimi bir şey olub və bizi daim buradan vurublar", - deyə 9-cu Korpusun əsgəri, leytenant Basim Deyub vurğulayıb.

Hərbçilər bildirirlər ki, aşkarladıqları anbar əsl ölüm fabrikini xatırladır. Tapılanlardan aydın olur ki, terrorçuların məqsədi daha çox insan öldürmək üçün sürprizlər hazırlayırlarmış. Partlayıcı qurğuların içinə yerləşdirmək üçün ətrafda çoxlu sayda doğranmış armaturlar, müxtəlif ölçülü vintlər var. 

Rusiyanın "Vesti" kanalı xəbər verir ki, Türkiyə idlib bölgəsinə çoxlu sayda texnika və silah göndərir və həmin silahlar dərhal terrorçuların əlinə keçir. Terrorçuların sosial şəbəkələrdə paylaşdığı görüntülərdə də onların Türkiyəyə məxsus Piyadaların Döyüş Maşınına mindiyi, ondan istifadə etdiyinə dair görüntülər yayılıb. Kanal həmçinin bildirir ki, Türkiyənin "mülayim müxalifət" adlandırdığı "Cəbhətun-Nusra" silahlıları Suriya ordusunu vurduqdan sonra cavab atəşindan yayınmaq üçün Türkiyə ordsunun arxasına sığınırlar.



Məqalədə : Suriya İdlib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3917

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2816

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 00:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru