Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2020
12:55
Müdafiə naziri: “Qoşunlarda təlimləri real döyüş şəraitinə uyğun keçirilməlidir”

Fevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsinə göstərdiyi müsbət təsirindən danışan general-polkovnik M.Əliyev Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icrası, aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrətinin, Azərbaycan Ordusunun isə beynəlxalq aləmdə nüfuzunun artması, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd edərək dövlət səviyyəsində bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdıraraq yeni tədris dövründə qarşıda duran məsələlərin tam həcmdə yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Cəbhədəki əməliyyat şəraitini təhlil edən general-polkovnik Z.Həsənov müdafiənin ön xəttində vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, onun ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması, bölmələrimizin şəxsi heyətinin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin çətin relyefli ərazilərdə, xüsusilə yüksək dağlıq bölgələrdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki ehtiyatlarla fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı, intensiv radioelektron mübarizə şəraitində keçirilməsi ilə əlaqədar tövsiyələrini verib.

Döyüş hazırlığı və hərbi təhsil məsələlərinə toxunan Müdafiə naziri hərbi təhsil sistemi və peşəkar hərbi kadrların hazırlanmasında qabaqcıl təcrübə və yeniliklərin tətbiqi, döyüş təminatını müəyyən edən vəzifələrin daha təcrübəli hərbi qulluqçularla komplektləşdirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinin vacibliyini xüsusi qeyd edib.

Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini yüksək qiymətləndirən Müdafiə naziri ideoloji işin gücləndirilməsi, hüquq qaydaları və hərbi intizamın, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi heyətin tibbi nəzarətinin möhkəmləndirilməsi, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.

Məqalədə : Azərbaycan Ordusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46951

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45105

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46345

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51841

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45965

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46508
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 08:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru