Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2020
12:32
Hansı halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir?

Avtomobillərə əlavə qurğuların quraşdırılması qanunla qadağandır. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobilin konstruksiyasına edilən bütün müdaxilələr birbaşa təhlükəsizlik sistemini zəiflədir: “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunub ki, xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmadıqda, bu, nasazlıq yarada bilir. Sözsüz ki, avtomobillərə quraşdırılan işıqlar və digər avadanlıqlar onun standart iş rejimini pozur. Bu isə inzibati xəta tərkibi yaradır.

Sözügedən xətalara yol verən şəxsləri İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə gözləyir. Eyni zamanda, İXM-nin 342.2.2-ci maddəsinə əsasən, avtomobildə standartlar pozulmaqla avadanlıqların yığılması və ya çıxardılması da qadağandır. Yəni, sürücülərin öz zövqünə uyğun, fərqli görünmək üçün işıq cihazlarının avtomobilə quraşdırılması yol verilməzdir”.

Müdaxilələr səbəbindən avtomobilin alışma ehtimalının olub-olmamasına münasibət bildirən K.Əliyev həmin qurğuların avtomobilin akkumulyatorundan qidalandığını xüsusi vurğulayıb:

“Əgər nəqliyyat vasitəsində bu kimi qurğulara ehtiyac olsaydı, istehsalçı şirkət, zavod özü bu müdaxilələri edərdi. Əlavə işıq qurğularının standartların tələblərinə uyğun olmayan şəkildə yanıb-sönməsi gərginliyin anidən artıb-azalmasına səbəb olur. Bu halda təbii olaraq, naqillərdə qızma ola bilər. Naqillərin qızması isə avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər.

Bundan başqa, həmin işıqlar digər hərəkət iştirakçılarının - sürücülərin gözlərini qamaşdıraraq idarəetməni itirmələrinə səbəb olur. Bu halda qəza şəraitinin yaranması da istisna edilmir. Sözsüz ki, avtomobilin sabit, bir rəng stop işıqlarına quraşdırılan sayrışan işıqlar inzibati xəta tərkibi yaradır. Bu da İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbini pozur. Bu halda həmin maddənin tələbini pozan predmetin müsadirə edilməsi ilə avtomobilin sürücüsünü 500 manatdan 800 manata qədər cərimə gözləyir. Bu kimi hallarda məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur. Cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir”.  

Xatırladaq ki, istehsalçı tərəfindən nəzərdə tutulan işıq cihazları istisna olmaqla, "Yol hərəkəti haqqında" qanuna əsasən, ön fənərlərdə ağ, sarı və narıncı rəngdən savayı başqa işıqların istifadəsi qadağandır. Əks halda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 155.2.2 maddəsi ilə 150 manat miqdarında cərimə nəzərdə tutulur. Həmçinin, nasazlıq aradan qaldırılan müddətə qədər avtomobil cərimə meydançasına da aparıla bilər.  

Avtomobilin dövlət qeydiyyat nişanına standart olmayan işıq cihazlarının quraşdırlması qanunla qadağandır. Əks təqdirdə İXM-in 342.2.2 maddəsinin tələbləri pozulur və 150 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin işıq cihazı sökülməsə, avtomobil cərimə meydançasına aparıla bilər.

İXM-in 329.3. maddəsi ilə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə, 30 manat məbləğində cərimə nəzərdə tutulur.

İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qanuna görə disklərin, avtomobilin altının və işıqyuyucularının başlıqlarının işıqları xarici işıq cihazı hesab edilmədiyi üçün bu halda cərimə nəzərdə tutulmur. (oxu.az)

Məqalədə : cərimə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
200

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
376

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
235

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
337

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
2040

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
419
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 01:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru