Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2020
09:52
Mingəçevir şəhərində 4 yaşayış massivinin yolu yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərin icrasına start verilib.

Agentlikdən verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11.9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.

Sözügedən yaşayış massivlərinin yolları ümumi istifadədə olan və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə hərəkətdə ciddi maneələrə səbəb olurdu. Məhz ölkə başçısının sərəncamına əsasən yolların yenidən qurulması ilə sadalanan problemlər də geridə qalır.

Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınır, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yataqları avtoqreyderlə profilə salınır, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülür, mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan yeni suötürücü borular inşa olunur.Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərin icrasına start verilib.

Agentlikdən verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11.9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.

Sözügedən yaşayış massivlərinin yolları ümumi istifadədə olan və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə hərəkətdə ciddi maneələrə səbəb olurdu. Məhz ölkə başçısının sərəncamına əsasən yolların yenidən qurulması ilə sadalanan problemlər də geridə qalır.

Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınır, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yataqları avtoqreyderlə profilə salınır, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülür, mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan yeni suötürücü borular inşa olunur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə yolun asfaltlanması işləri də aparılır. Beki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə “Tingçilik” yaşayış massivinin yoluna örtüyün alt layının döşənməsi işləri artıq yekunlaşıb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək. (trend)

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4564

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru