Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
11:52
Neft daşlarında DƏHŞƏTLİ HADİSƏ: geoloq dözməyib damarlarını doğradı

Dünən Neft Daşları Neft-Qaz Çıxarma İdarəsində intihara cəhd olub.

Bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, Neft Daşlarında işləyən geoloq Tural Bağırov qolunu şüşə parçası ilə doğrayaraq özünü öldürməyə çalışıb:

"Aldığım məlumatda qeyd olunur ki, Tural Bagırov, Neft Daşları NQÇİ-də ona edilən təzyiqlərdən bezdiyini və bunun nəticəsində intihar edə biləcəyi ilə əlaqadar Azneft İB-nin Baş direktoru Şahmar Hüseynova teleqram vurub. Ş.Hüseynov onu qəbul edib ərizənin araşdırılması üçün hüquq şöbəsinə yönəldib.

Dünən Birlik tərəfindən göndərilən hüquqşünas tərəfindən ərizənin araşdırılması zamanı onda diktafon olduğunu, gizli çəkiliş apardığından şübhələndiyini bildirib və Tural Bağırovdan soyunmasını tələb edib. Tural Bağırov əynindəki gödəkçəni və üst köynəyini çıxarıb üstündə heç bir cihazın olmadığını ona sübut edib. Nəticədə ona edilən haqsızlıqlara dözməyən geoloq intihar edib".

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : Neft daşları SOCAR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4069

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2878

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2303

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 06:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru