Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
11:12
`Azərbaycan millisinin baş məşqçisi əcnəbi olacaq`

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi əcnəbi olacaq. 

Bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Azərbaycan radiosunda çıxışında bildirib. 

Məmmədov İcraiyyə Komitəsinin (İK) son iclasında təqribən 30 mütəxəssisin adının namizədlər siyahısında olduğunu vurğulayıb: "Onlar müxtəlif ölkələrdən müxtəlif səviyyədə olan məşqçilərdir. Bəziləri gedişatda başqa komandalarla müqavilə imzalayıb və bizim siyahıdan çıxıb. Bu həftə İcraiyyə Komitəsinin üzvləri öz fikrini bildirəcək. Böyük ehtimalla yeni baş məşqçi əcnəbi olacaq. Nəzərə alaq ki, milli komanda yerli çempionatda oynamır. Ona görə də yeni baş məşqçinin beynəlxalq təcrübəsi olmalıdır. Bizdə ən çox beynəlxalq təcrübəsi olan mütəxəssis Qurban Qurbanov idi, o da bizim millidə çalışdı”.

İcraçı vitse-prezident U-23 millisinin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib: “İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23-ü yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

Məqalədə : Azərbaycan millisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17603

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16252

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17637

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17206

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22655

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17136

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17250
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 07:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru