Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
10:52
Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama

“Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”.

Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:

“Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.

Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:

“Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir, günhakar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altayla üz-üzə gəlməmişik. Mən dövlətimə güvənirəm. Siz nə bilirsiniz, mən də onu bilirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 

Məqalədə : Nərmin Quliyeva cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4067

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2878

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2303

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 04:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru