Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2020
16:26
ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO

Prezidentlik hakimiyyət yeridir. Ənənəvi olaraq ölkəsində artıq müəyyən bir güc və nüfuza sahib olan insanlar bu məqama gəlirlər.

Prezidentin bu günkü maaşı hakimiyyətdəki hər il üçün 400.000 dollardır. Ancaq "TheRichest" portalının mütəxəssisləri kimi keçmiş prezidentlərin vəziyyətini müasir pullarla müqayisə etsəniz, daha ciddi məbləğlər əldə edəcəksiniz.

Aşağıda ABŞ-ın ən varlı 10 eks-prezidentindən bəhs edilir. Məqalədə göstərilən rəqəmlər inflyasiya nəzərə alınaraq bugünkü pula çevrilib.

10. Con Tayler

Con Tayler ABŞ-ın onuncu prezidentidir. Tayler seçki yolu ilə deyil, mövcud dövlət başçısının ölümündən sonra vitse-prezident kimi prezident seçilən ilk şəxs olub.

Onun sərvəti bugünkü pul baxımından 57 milyon dollar qiymətləndirilir.

9. Franklin Ruzvelt

Franklin Ruzvelt Amerika Birləşmiş Ştatlarının 32-ci prezidentidir. Qlobal iqtisadi böhran və II Dünya müharibəsi dövründə ABŞ-ın prezidenti idi. İki müddətdən çox müddətə seçilən yeganə Amerika prezidentidir. Onun bugünkü pul baxımından sərvəti 66 milyon dollar qiymətləndirilir.

8. Bill Klinton

Bill Klinton Demokrat Partiyasından ABŞ-ın 42-ci prezidentidir. Klinton iki dəfə prezident seçildi, ikinci prezidentlik dövrü Monika Levinski ilə qalmaqal və impiçment prosesi ilə əlamətdar oldu. Maaş gəlirindən əlavə, kitablarından və çıxışlarından da pul qazanırdı. Bugünkü pul baxımından sərvəti 75 milyon dollar olaraq qiymətləndirilir.

7. Herbert Huver

Herbert Huver 1929-1933-cü illərdə Respublika Partiyasından seçilən ABŞ-ın 31-ci prezidentidir. Böyük Depressiya dövründə ölkəyə rəhbərlik edib. 1914-cü ilə qədər sərvəti təxminən 100 milyon dollara çatıb. Prezident olaraq maaş almayıb, müxtəlif xeyriyyə ehtiyacları üçün, habelə Ağ Ev işçilərinə əlavə ödənişlər üçün verdi.

6. Lindon Conson

Lindon Conson 22 noyabr 1963-cü ildən 1969-cu il yanvarın 20-dək Demokrat Partiyasından ABŞ-ın 36-cı prezidenti olub. Conson Vyetnam müharibəsi zamanı ölkəyə rəhbərlik edib. Prezidentliyi başa çatdıqdan sonra xatirələr yazmağa başlayıb, eyni zamanda universitetlərdə mühazirələr deyib. Ömrünün sonuna qədər sərvəti 109 milyon dollara çatıb.

5. Ceyms Medison

Ceyms Medison ABŞ-ın dördüncü prezidenti olub. ABŞ Konstitusiyasının və Hüquqlar Billinin (ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı) əsas müəlliflərindən biridir. Medison varlı ailədə anadan olub. Hüquq sahəsindəki  karyera yalnız onun maddi vəziyyətini möhkəmləndirib.

4. Endryu Cekson

Endryu Cekson Amerika Birləşmiş Ştatlarının 7-ci prezidentidir. Cekson Demokrat Partiyasından namizəd seçilən ilk ABŞ prezidenti olub, bununla əlaqədar olaraq onun yaradıcılarından biri hesab edilir.

Müasir pul baxımından sərvəti 132 milyon dollar qiymətləndirilir.

3. Teodor Ruzvelt

Teodor Ruzvelt ABŞ-ın 25-ci vitse-prezidenti, 1901-1909-cu illərdə ABŞ-ın 26-cı prezidenti, Respublikaçılar Partiyasının nümayəndəsi, 1906-cı il üçün Nobel Sülh Mükafatı laureatıdır.

Müasir pul baxımından sərvəti 139 milyon dollar qiymətləndirilir.

2. Tomas Cefferson

Tomas Cefferson ABŞ-ın Müstəqillik müharibəsinin başçısı, İstiqlal Bəyannaməsinin müəlliflərindən biri, 1801-1809-cu illərdə ABŞ-ın 3-cü Prezidenti, bu dövlətin qurucu şəxslərindən biri, diplomat və filosof olub. Müasir pul baxımından onun sərvəti 236 milyon dollar qiymətləndirilir.

1. Corc Vaşinqton

Corc Vaşinqton Amerika Birləşmiş Ştatlarının xalq tərəfindən seçilmiş ilk prezidenti, Amerika Birləşmiş Ştatlarının qurucularından biridir. O həmçinin Kontinental Ordunun baş komandanı, İnqilab Müharibəsinin iştirakçısı və Amerika prezidentlik institutunun yaradıcısıdır.

Müasir pul baxımından onun sərvəti 587 milyon dollar qiymətləndirilir.

Məqalədə : ABŞ prezidentləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 3-cü gününün duası - AUDİO

15

Aprel
20:00
MƏNƏVİYYAT
125

ABŞ-ın dövlət katibi İraqa gedib

15

Aprel
15:59
DÜNYA
306

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb

15

Aprel
15:30
BÖLMƏNİ DÜZ SEÇ!
216

“Zəfər yolu”nun inşasından son - Fotolar

15

Aprel
13:09
NƏQLİYYAT
266

Türkiyənin yeni səfiri Bakıya gəlir

15

Aprel
12:29
SİYASƏT
538

Ramazan orucu nə zamandan tutulur?

15

Aprel
11:59
MƏNƏVİYYAT
325

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

15

Aprel
11:52
HÜQUQ,HADİSƏ
293

Azərbaycan nefti kəskin bahalaşıb

15

Aprel
10:59
İQTİSADİYYAT
357

Tokio-2020 ləğv oluna bilər

15

Aprel
10:37
DÜNYA
393
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 22:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru