Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2020
11:41
Kraliça Yelizavetanın Moskvadakı mənzili satışa çıxarıldı

Moskvada Kraliça II Yelizavetaya məxsus mənzil satılır. Bu barədə daşınmaz əmlak agentliyindəki mənbəyə istinadən "7days" onlayn nəşri məlumat yayıb.

Ümumi sahəsi 250 kvadratmetr olan obyekt Xilaskar Məsih Katedralına yaxın ərazidə yerləşən yaşayış binasındadır. Təklifin qiyməti açıqlanmır. Rieltorların fikrincə, sözügedən mənzilin bir kvadratmetrinin qiyməti 1-1.5 milyon rubl (27000-41000 AZN) ola bilər. Elit mənzilin satışa çıxarılmasına qərar verilmə səbəbi məlum deyil. Nəşrin məlumatına görə, hazırda mənzildə Kanada səfirliyinin əməkdaşları yaşayırlar.

Prezidentlər BU QADININ KÖLGƏSİndən də qorxurlar

II Yelizavetanın Moskvada bahalı əmlaka sahib olması 2019-cu ilin yayında məlum olub. Onun 1-ci Obydenski kəsişməsindəki 10 nömrəli evdə dörd mənzilə sahib olduğu bildirilir. Qeydiyyat sənədlərində mənzil sahibi kimi "Kanada hökmdarı əlahəzrət Kraliça" göstərilir. Üç mənzil 2002-ci ildə, daha biri isə 2003-cü ildə alınıb. Mənzilin ümumi sahəsi 839 kvadratmetr, ümumi kadastr dəyəri isə 540 milyon rubl (13809600 AZN) təşkil edir.

Məqalədə : Kraliça Yelizaveta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
573

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
445

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
525

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
537
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 07:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru