Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2020
08:22
İki erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

FaktXəbər bildirir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi finalda Macarıstan təmsilçisinə 3:1 hesabı ilə qalib gələrək çempion olub.

Qeyd edək ki, Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən S.Süleymanov son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb.

Macar güləşçiylə həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının birincisi olub.

Məqalədə : Sənan Süleymanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4267

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2950

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2395

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2000
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 22:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru