Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
17:33
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib

Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirməsi istiqamətində əməkdaşlığını davam etdirir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ Səhiyyə Nazirliyinə təhvil verilib.

Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir. Layihənin məqsədi həyat xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Bu layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinə təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bildirilib ki, hökumət ilə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMTİP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işinə davam etdirilir.

Məqalədə : xəstəlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4571

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 14:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru