Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
16:37
AMEA: Namizədlərin xarici dil fənnindən göstərdikləri nəticələr bizi qane etmədi

Bu il ilk dəfə olaraq, doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirildi. Lakin etiraf etmək lazımdır ki, dissertanturaya qəbul olmaq istəyən namizədlərin xarici dil fənnindən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi Əminağa Sadıqov deyib.

AMEA-nın doktorantura və dissertantura səviyyəsi üzrə qəbul prosesinin artıq başladığını nəzərə çatdıran Ə.Sadıqov əlavə edib ki, AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib. Lakin ərizə verən namizədlərin təxminən yarısı bu balı toplaya bilmədiyi üçün ilk imtahandan keçə bilməyib:

"Hazırda AMEA və Təhsil Nazirliyi imtahanların nəticələrini təhlil edir. Zərurət olsa, keçid balının aşağı salınması üçün DİM-ə müraciət edilə bilər. Düzdür, DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb. Yəni proqramlar və test sualları əvvəldən hazırlanmışdı. Lakin yeni qəbul qaydaları bu il ilk dəfə tətbiq olunduğundan namizədlər üçün xarici dillə bağlı müəyyən çətinliklər olub. Doktoranturaya gəldikdə, artıq bir neçə ildir ki, qəbul zamanı xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur. Ona görə də doktoranturaya sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir. Bu səbəbdən doktoranturaya qəbulda vəziyyət yaxşıdır. Amma dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib".

Ə.Sadıqov qeyd edib ki, qəbul imtahanı ilə bağlı dissertantlar üçün müəyyən güzəştlər edə və bununla bağlı vəsatət qaldıra bilərlər: "Onsuz da onlar təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan verməlidirlər. Təbii ki, həmin vaxt hansısa güzəştdən söhbət gedə bilməz".

Akademik katib bildirib ki, bu il AMEA-nın doktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb. Lakin namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib.

Məqalədə : AMEA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3566

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2657

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2048

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1791
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 12:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru