Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
18:10
SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdən işçilərini təxliyə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sinoptiklərin bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar təxliyə tədbirlərinə başlayıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, 1000 nəfərə yaxın işçi sahilə təxliyə olunub.

“Bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşməsi proqnozlaşdırılır. Dənizdə küləyin sürətinin 35-40 metr saniyəyədək artması gözlənilir. Buna görə dəniz platformalarında, estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”,- İ.Əhmədov qeyd edib.

Məqalədə : hava SOCAR  
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3667

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2713

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2117

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1826
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 10:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru