Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
16:52
Xudat xəstəxanası fəaliyyətini niyə dayandırıb - RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Bölməsi (TƏBİB) Xaçmaz rayonu Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlara aydınlıq gətirib

Bu barədə TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib. 

Sosial şəbəkələrdə Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin müvəqqəti dayandırılması və müəssisədə çalışanların işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyin nümayəndələrinin Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı tibb müəssisəsinin vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.

"Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir", - məlumatda vurğulanır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
230

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
188

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
211

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
355

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
317

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
312

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
324

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
312
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 00:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru