Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
16:25
AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib

"Dövlətimiz və cəmiyyətimizin idarə olunmasında ölkənin qanunverici hakimiyyəti müstəsna rola malikdir. İstər icra hakimiyyətinin və istərsə də məhkəmə hakimiyyətinin formalaşması, xalqımızın maraqları və inkişafı çərçivəsindəki fəaliyyəti qanunverici orqandan, xüsusən Milli Məclisin tərkibindən və keyfiyyətindən çox asılıdır."

Bu sözlər AİP lideri Mövsüm Səmədovun seçkilərlə bağlı müraciətindəndir.

O qeyd edib ki, dünyaya inteqrasiyasına, Avropa konvensiyalarının tövsiyyələrinə baxmayaraq, Milli Məclis üzvlərinin qəbul etdikləri qanunlarda Azərbaycan xalqının milli-mənəvi, mental və əsasən də dini dəyərləri müstəsna əhəmiyyətli yer tutmalıdır: "Təəssüflər olsun ki, indiyədək qəbul olunan qanunlar içərisində kifayət qədər mürtəce xarakterlilisi az olmamışdır. Bunun da başlıca səbəbi məhz MM-ə daxil olan dırnaqarası millət vəkillərinin əksəriyyətinin dövlət və xalq təəssübkeşliyindən uzaq olmalarıdır. 

Nəticə etibarı ilə bütün bunlar ölkədə indiyədək keçirilən parlament seçkilərinin şəffaf və demokratik prinsiplər əsasında keçirilməməsindən irəli gəlmişdir. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri bu sahədə ciddi dönüş yarada bilər. Bundan ötrü isə seçimdə xalqımız üçün cox mühüm olan bir sıra amillər diqqətlə nəzərə alınmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edir. Bu baxımdan xalqı təmsil edən millət vəkilləri ən azı təqvalı olmalı və onların hər biri fəaliyyəti dövründə hər an özünü Allahın hüzurunda görməli, əməllərinin nəticəsi etibarı mənəvi məsuliyyət daşımalıdır. Bundan başqa Milli Məclis üzvü geniş dünyagörüşə və zəngin təcrübəyə malik olmalıdır. Xalqın, seçicilərin etimadına ləyaqəti olmayanlar heç zaman məzlum və eyni zamanda ruhi və mənəvi cəhətdən əzəmətli bir cəmiyyətə xidmət etməzlər. Bu şansı qazanmaq üçün millət vəkilinin gündəliyini şəxsi mənfəəti, konyektur marağı, qohumbazlıq və ya tayfabazlıq sindromları deyil, xalqın, seçicilərin problemləri, qanunvericilikdə müsəlman əhalinin milli, dini, sosial, mənəvi, ailə maraqlarının həyata keçməsi doldurmalı, zənginləşdirməlidir. 

İndiyəqədərki seçkilərin nəticələri ilə xalqımız heç zaman barışmamış, razılıq etməmişdir. Millət vəkilləri içərisində səriştəsizlik, hüquqi bilik və bacarığa malik olmamaqlıq, qanunsuz yollarla böyük sərvətlərə yiyələnmək ölkəmizdəki real vəziyyəti dözülməz hala sürükləmişdir. Seçkidə namizəd irəli sürmüş siyasi partiya və ictimai təşkilatlar böhrandan çıxmaq, ədalətli və demokratik bir seçki nəticələri əldə etmək üçün düşünürəm ki, tarixi məsuliyyət daşıyırlar. Mən də xalqımıza ölkəmizdə ədalətli və demokratik prinsiplərə əsaslanan ictimai-siyasi bir mühit formalaşdırmağı arzu edirəm."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67203

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64682

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66450

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65755

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71417

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65592

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
65956
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2021 17:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru