Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
17:00
Azərbaycan MDB, Yaxın Şərq və Afrika ölkələrinə avtomobil ixrac edəcək

Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarını izah edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb:

“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə qeyri-neft məhsulları istehsalının inkişaf etdirilməsi və dəstəklənməsi, idxalın əvəz olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların cəlb olunması, həmçinin ölkədə istehsal olunmuş məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq müvafiq işlər aparılır və zəruri tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində, 2018-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu zamanı Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun (“AzKron” MMC-nin “Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib.

İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində 2019-cu ilin sonunadək 3 min avtomobilin istehsalı planlaşdırılır və müəssisədə 200 nəfər işlə təmin edilib. Zavodda “Khazar” brendi altında “LX”, “SD” (sadə), “LD” (lüks), Peugeot Khazar olmaqla dörd komplektasiyada avtomobillər istehsal olunur. Həmçinin, zavodda yaxın gələcəkdə digər avtomobil markalarının istehsalı da nəzərdə tutulur. Növbəti mərhələdə “Khazar” brendi altında istehsal olunacaq avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır.

“Xəzər” avtomobil zavodunda qaynaq və rəngləmə işləri istisna olmaqla, avtomobillərin sıfırdan ayrı-ayrı hissələrdən yığılmaqla tam istehsalı həyata keçirilir. Bunun üstünlüyü isə gələcəkdə lokallaşdırma (yan sənaye) müəssisələrinin ölkəmizdə yaradılması üçün zəmin yaratmasıdır. Eyni zamanda, ikinci mərhələ olaraq qaynaq və rəngləmə proseslərinin də Azərbaycanda təşkili planlaşdırılır.

Müəssisədə istehsal olunan məhsulların yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin sənaye yığımı üçün idxalının gömrük rüsumlarından azad olunmasına zərurət yaranıb. Bu çərçivədə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı layihəsi hazırlanıb.

Layihədə “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı”na anlayış verilmiş, habelə “Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası”nın 40-cı, 70-ci, 83-cü, 84-cü, 85-ci, 87-ci, 90-cı, 94-cü, 96-cı qruplarında bir sıra alt yarımmövqelərdə təsnifləşdirilən ehtiyat hissələri minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə həmin ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcəsinin “0” olaraq müəyyən olunması nəzərdə tutulub.

Layihə hazırlanarkən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı və bir sıra digər qanunvericilik aktları təhlil edilib.

Layihənin qəbul edilməsi nəticəsində ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması, habelə gələcəkdə müvafiq yan sənaye müəssisələrinin ölkəmizdə təsis edilməsi üçün əlverişli şəraitin genişlənməsi proqnozlaşdırılır.

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı minik avtomobillərinin aşağıdakı bütün texnoloji əməliyyatların yerinə yetirilməsi ilə həyata keçirilən yığımı hesab olunur:

– kuzovun istehsal xəttinə yerləşdirilməsi;

– yan, ön və arxa şüşələrin, ön və arxa qapıların, şitin, ön və arxa buferlərin quraşdırılması;

– mühərrikin quraşdırılması və bərkidilməsi, mühərrikə idarəetmə mexanizmlərinin birləşdirilməsi;

– radiatorların quraşdırılması və soyutma sistemlərinin qoşulması;

– amortizatorların bərkidilməsi, transmissiyanın qoşulması;

– ön, arxa asmaların və yarımoxların quraşdırılması;

– ön təkər topu ilə sükan-idarəetmə sisteminin birləşdirilməsi;

– təkərlərin quraşdırılması və ön təkər topu yastıqlarının sazlanması, yanma çarxının quraşdırılması;

– sükan-idarəetmə hidrosisteminin, əyləc sisteminin doldurulması və sazlanması;

– fənərlərin, ön və arxa siqnal fənərlərinin quraşdırılması;

– səsboğucunun və tullantı qaz boru seksiyalarının quraşdırılması;

– yanacaq bakının quraşdırılması və yanacaqötürmə sisteminin qoşulması;

– generatorun quraşdırılması və ötürücü kəmərin sazlanması;

– akkumulyatorun quraşdırılması və qoşulması, elektrik zəncirlərinin yoxlanılması;

– ön və arxa oturacaqların quraşdırılması;

– mühərrikin diaqnostikası və sazlanması;

– əyləc sisteminin effektivliyinin yoxlanılması;

– tez zədələnən yerlərin konservasiyası;

– yığılmadan sonra qüsurların aradan qaldırılması;

– avtomobil və lövhəciyə eyniləşdirmə nömrəsinin vurulması;

– avtomobilin sürülüb yoxlanılması”.

Məqalədə : maşın Nazirlər Kabineti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4306

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2010
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 06:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru