Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
15:15
Bu hərəkəti, ancaq Neymar edə bilər

Məşhur futbolçular hər zaman oyunları ilə yadda qalmırlar. Onlar bəzən xeyirxah əməlləri ilə, bəzən əyləncələri ilə gündəmə gəlirlər. Amma bəzən də meydanda etdikləri aktyorluqları ilə. Aktyorluğun oyunla heç bir əlaqəsinin olmadığı ortaya çıxdıqda isə, məsələ tamamilə başqa cür olur. PSJ-nin hücumçusu Neymar da eyni ilə belə edib. Ötən həftə "Montpelyer"lə oyun zamanı qabırğası zədələndiyi üçün o, dünən axşam "Nant" - PSJ qarşılaşmasında forma geyinməyib.

Onun zədələnməsinin ən qəribə hissəsi isə budur ki, braziliyalı futbolçu istirahət etməli olduğu halda, bazar günü gecə saatlarında 28 yaşını Parisdəki gecə kulublarından birində verdiyi parti ilə qeyd edib. Bu isə rəhbərlikdə narahatçılıq yaradıb. Belə ki, baş məşqçi Tomas Tuçel verdiyi açıqlamada heyət seçiminin Neymarın ad günü partisi ilə heç bir əlaqəsinin olmadığını, son hadisələrin insanlara pis düşünmək fürsəti verdiyindən narahatlığını deyib.

Təbii ki, insanların belə düşünməsinə səbəb Neymarın son 6 ildə eyni vaxt düşdüyü durumdur. Belə ki, onun bacısı Rafaellanın 11 martda ad günüdür və hər il bu tarixdə Neymar meydanda olmur, eyni ilə öz ad günündə olduğu kimi.

Bacısının ad günündə:

2014/2015: qırmızı vərəqə

2015/2016: qırmızı vərəqə

2016/2017: zədəli

2017/2018: zədəli

2018/2019: zədəli

Öz ad günüdə:

2017/2018: zədəli

2018/2019: zədəli

2019/2020: zədəli.

Məqalədə : Neymar PSJ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3837

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2780

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2202

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1882
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 23:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru