Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
10:41
Vilayət Eyvazov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib. 

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, nazir Səudiyyə Ərəbistanı Krallığının  beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini məmnunluqla qeyd edərək dövlətlərimizin  rəhbərləri arasında olan şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirib. 

Daha sonra qonağa mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, sabitlik və əmin amanlığın qorunub saxlanılması üçün görülən işlər barədə qısa məlumat verilib. 

Azərbaycan Respublikasınin və Səudiyyə Ərəbistanı Krallığının daxili işlər orqanları arasındakı  əlaqələrə toxunan nazir Vilayət Eyvazov bu əməkdaşlığın 2018-ci il fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol” və  Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Həməd Abdulla Xudeyr səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, diplomatik fəaliyyəti dövründə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin amanlıq şəraitindən məmnun olduğunu deyib. Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına Azərbaycanın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə Səudiyyə Ərəbistanı Krallığından gələn turistlərin sayının ilbəil artdığını vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, bundan sonrakı fəaliyyəti dövründə də əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. 

Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3761

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2749

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2167

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 02:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru