Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2020
14:23
İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU

VI çağırış Milli Məclisə seçkilərin keçirilməsinə 5 gün qalıb. Fevralın 9-da keçiriləcək seçkilərdə hazırda Milli Məclisdə təmsil olunan 31 deputat iştirak etməyəcək. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.

VI çağırış Milli Məclisin tərkibində olmayacaq hazırki deputatların bir qisminin başqa iş yerləri var. Bəs iş yerləri olmayan və seçkilərdə iştirak etməyəcək hazırkı deputatlar gələcəkdə hansı fəaliyyətlə məşğul olacaqlar? Onların qazanc yeri nə olacaq?

“Report” mövzunun aktuallığını nəzərə alaraq V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bundan sonrakı fəaliyyəti tədrislə bağlı olacaq: “Gələcəkdə hansısa bir universitetdə və ya intstitutda tədrislə məşğul olacağam. Dolanışığımla bağlı məsələyə gəldikdə, əvvəlcə onu qeyd edim ki, hazırda pensiya alıram. Pensiyamla da dolanacam. Mən çox məvacib alan pensiyaçılardan deyiləm. Ancaq hesab edirəm ki, aldığım pensiya dolanışığımı təmin edəcək”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki, gələcəkdə partiya fəaliyyəti ilə məşğul olacaq: “Biz neçə il dövlətdən maliyyə dəstəyi almadan fəaliyyət göstərmişik. Bundan sonra da bu cür olacaq. Bundan əlavə, təqaüdə çıxmağı da düşünürəm”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) ona iş təklif olunsa, orada işləyəcək:

“Əgər partiya tərəfindən işlə bağlı mənə təklif olmasa, təqaüdə çıxıb həyatımı yaşayacağam. Mən hər zaman ölkə başçısının siyasətini dəstəkləmişəm və bundan sonra da belə olacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva hazırda istirahət etdiyini deyib: “Gələcək fəaliyyətim barədə isə düşünməmişəm. Gəlir yerim də yoxdur. Mənə maddi dəstəyi həyat yoldaşım göstərəcək”.

Məqalədə : deputat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17643

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16297

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17677

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17251

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22705

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17176

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17295
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 08:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru