Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
16:35
2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə başlanıb.

Nazirlikdən verilən məlumata görə, bu il üçün ilk əmək yarmarkaları Şabran və İsmayıllı rayonlarında təşkil olunub. Hər iki aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 62 müəssisədən 434 vakant iş yeri təqdim edilib. Cari ildə ölkəmizin 58 şəhər və rayonunda 100 əmək yarmarkasının keçirilməsi planlaşdırılır.

Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.

Ötən il Dövlət Məşğulluq Xidmətinin keçirdiyi əmək yarmarkalarında 3500-ə yaxın şəxsin məşğulluğu təmin edilib, 300 nəfər peşə hazırlığına, 311 nəfər ödənişli ictimai işlərə cəlb edilib.(trend)

Məqalədə : əmək yarmarkası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3761

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2749

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2167

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru