Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2020
15:25
`Camaatı seçkidən soyudurlar...` - Cəmil Həsənliyə cavab

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli ötən gün sosial şəbəkədə yeni parlamentdə yer alacaq namizədlərin siyahısını paylaşıb.

Sözügedən siyahıda həmçinin ReAl partiyasının nümayəndələri Natiq Cəfərli və Elkin Qədirlinin yer alması müxalif düşərgədə də xeyli müzakirə olunub. Belə ki, Milli Şuranın rəhbəri sözügedən namizədlərin hakimiyyət tərəfindən dəstəkləndiyini və siyahının ehtimal üzərindən hazırlanmadığını vurğulayıb.

Siyahıda adı çəkilənlərdən biri iqtisadçı ekspert Natiq Cəfərli tarixçiyə sərt cavab verib: “Dəfələrlə danışıb, razılaşıb parlamentə düşənlər yenə hakimiyyətin əlinə oynayır, "siyahı" yayaraq seçkini gözdən salırlar. Özləri elə edib parlamentə düşüblər deyə hamını elə bilirlər. Namizəd olaraq hər gün 10-11 saat küçələrdə, məhəllərdə insanları seçkiyə səsləyirik, seçkiyə, tək bu hakimiyyətin deyil, həm də onların öldürdüyü inamı bərpa etmək istəyirik, camaatda ümid yaratmağa çalışırıq - bunlar isə köhnə kafaları və öz qaranlıq keçmişləri ilə mane olurlar - yenə hakimiyyətin əkməyinə yağ sürürlər, camaatı seçkidən soyudurlar. Niyə axı, niyə? Nə qazanacaqsız? Nə əldə edəcəksiz? Nə təklif edirsiz? Hansı yol göstərirsiz?”

Elkin Qədirli də haqqında səsləndirilən ittihamla bağlı paylaşım edib: “O boyda siyahını yazmaq yerinə bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar”.

Sözügedən siyahının paylaşılması müstəqil namizədlər tərəfindən də birmənalı qarşılanmayıb. Bildirilib ki, təbliğat-təşviqat kampaniyası zamanı bu kimi paylaşımlar digər namizlərdə ruh düşkünlüyü yaradır, gənclərin mübarizə əzmini qırır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
230

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
188

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
211

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
355

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
317

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
312

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
324

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
312
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 00:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru