Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
14:57
Azərbaycanda nə qədər şəxs müavinət və təqaüd alır? - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərini ödəyib.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, dəfn xərci üçün də birdəfəlik müavinət ödənilir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər və onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər, müharibə veteranları, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.

2019-cu ildə yeni təqaüd növləri də təsis edilib. Belə ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.

Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayının 5 dəfəyə yaxın artmasına səbəb olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
551

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
441

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
672

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
527

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 17:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru